Ofis Ziyarəti “Fire Universal Group” – 12.02.2025

Ofis ziyarəti çərçivəsində Marsol Group partnyorları fevralın 12-si “Fire Universal Group”u ziyarət edib.

Görüşdə iştirak edən partnyorlar arasında yeni tanışlıqlar baş tutub, iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb.

Davamında şirkətin rəhbəri Şahin Xudaverdiyev yanğınsöndürmə avadanlıqlarının satışı, quraşdırılması və servisi haqqında partnyorları məlumatlandırıb, şourumda avadanlıqlarla yaxından tanışlıq olub.

Həmçinin, şirkət tərəfindən iştirakçılara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Fire Universal Group” avtomatik yanğınsöndürmə sistemləri, tüstüsovurma, yanğınsöndürən balonlarla yanaşı, şirkət təxliyyə planının hazırlanması, video-müşahidə, səsləndirmə və girişə nəzarət sistemləri avadanlıqlarının satışı, quraşdırılması və servis xidmətini həyata keçirir.

İştirak edən şirkətlər:

Saca Group
Paket.az
İR master
Kral rent a car
Proglass
Master Tools
MVC GROUP
Arzena design
Osmanlı group
Ricon construction

This will close in 0 seconds