Oktyabrın 11-i sahibkarlarımızla birlikdə tam həcmdə nəqliyyat, ixrac-idxal, həmçinin gömrük rəsmiləşdirilməsi xidmətləri göstərən “Express Services and Logistics” şirkətinin ofisində bir araya gəldik.
Görüşümüz zamanı şirkətin rəhbəri Anar Əsgərov sahibkarlara “Express Services and Logistics” şirkətinin xidmətləri haqqında məlumat verib. Sahibkarlar logistika sahəsində əməkdaşlıq təcrübələrini bölüşüb, logistika prosesləri haqqında müzakirələr aparıblar.
Həmçinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı və Xüsusi zonalar üzrə koordinatorluğunun KOB dostu Səid Abbasov da görüşdə iştirak edib KOB Dostu şəbəkəsi haqqında sahibkarlarla həmsöhbət olub.
Qeyd edək ki, 2010-cu ildə Çinin Quancou şəhərində təsis olunan ofisi ilə “Express Services and Logistics” cənub-şərqi Asiya ölkələrindən (Çin, Cənubi Koreya, Tayvan, Hindistan, Dubay) mal ixrac edən bir yük-ekspeditor şirkəti olaraq işə başlamışdır.