Mayın 13-də Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “Estet” şirkətində qonaq olub.
Partnyorlarımız çay süfrəsi ətrafında fəaliyyətləri barədə məlumat verib, eləcə də “Estet” şirkətinin təklif etdiyi xidmətlərlə tanış olublar. Şirkətin rəhbəri Elşən Həsənov sahibkarlarımızı “Estet”in məhsulları və göstərdiyi texniki xidmətlər haqqında məlumatlandırıb.
Nəzərinizə çatdıraq ki, “Estet” şirkəti çoxsaylı böyük layihələrdə “açar təslimi” işlərini yerinə yetirir, o cümlədən, elektrik, yanğın müqaviməti və ventilyasiya sistemləri, laboratoriya avadanlıqlarının satışı, quraşdırılması və servisi ilə məşğuldur. Şirkət Avropa və Türkiyənin bir çox tanınmış istehsalçı şirkətləri ilə əməkdaşlıq edir.
İştirak edən şirkətlər:
Hikmətoğlu Transport
Novruzoğlu Construstion
Ervood
Constraction Biznes Group