Sahibkarlarımız avqustun 27-si “Ofis Ziyarəti” çərçivəsində 2024-2025-ci il Marsol Group sponsoru “ERZ Ofis Mebelləri”ni ziyarət edib.
Görüş zamanı çay süfrəsi ətrafında partnyorlarımızın fəaliyyət istiqamətlərinə dair müzakirələr olub.
Həmçinin, “ERZ Ofis Mebelləri”nin həmtəsisçiləri Zaur Hüseynov, Elçin Rüstəmov və Rəşad Babayev təqdimat çərçivəsində təhsil və tədris mərkəzləri, dövlət və özəl müəssisələrin müxtəlif təyinatlı ofis mebelləri ilə təmin olunması, eləcə də ofis mebelləri ilə bağlı məlumat verib.
Görüşdə dövlət qurumlarından Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi Qəzənfər Səfərxanlı sahibkarlarla həmsöhbət olub, fondun fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Görüş şourumda gəzinti ilə davam edərkən sahibkarlarımız da şirkətin təklif etdiyi müxtəlif ofis mebelləri ilə tanış olublar.
İştirak edən şirkətlər:
Pergola Baku
Ledior
Əminlər Group
Beynəlxalq Təhsil Mərkəzi
Paket Azərbaycan
Sahibkarlığın İnkişafı Fondu
Unity Technologies
MVC Group
Qanun Mühasibatlıq Xidmətləri
Qolat Sport Services
Trend 313
Webonly