Ofis Ziyarəti “ERZ Ofis Mebelləri” – 11.02.2025

Fevralın 11-i 2024-2025-ci il üzrə Marsol Group sponsoru “ERZ Ofis Mebelləri”ndə ofis ziyarətimiz baş tutub.

Çay süfrəsi ətrafında öz biznes təcrübələrini bölüşən iştirakçılar həmçinin “ERZ Ofis Mebelləri”nin fəaliyyətləri və məhsulları haqqında fikir mübadiləsi aparıblar. Şirkətin həmtəsisçiləri Zaur Hüseynov, Elçin Rüstəmov və Rəşad Babayev təqdimatı çərçivəsində, “ERZ Ofis Mebelləri”nin məhsullarını tanıdıb, layihələri haqqında məlumat verib.

Nəzərinizə çatdıraq ki, Azərbaycanın ən aparıcı ofis mebeli brendlərindən biri olan “ERZ Ofis Mebelləri”, səmərəli ofis və layihələr hazırlamaq, rahat iş yerləri yaratmaqdan ilhamlanaraq 2016-cı ildən ofis mebelləri, ofis kresloları, yumşaq mebel, özəl layihələr, təhsil və tədris mərkəzləri, dövlət və özəl müəssisələri üçün müxtəlif təyinatlı mebellərin sifarişini həyata keçirir.

İştirak edən şirkətlər:

İndiqator Avto
N-Advert
Azplasttech
San Tortino
İnes Precast
Trye Portal
Besttech
Net Finance
Osmanlı Group

This will close in 0 seconds