“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində 20 fevral tarixində “EN Group”a daxil olan “Chocoport” şokalad restoranı və “Soel Parfum” ziyarət olunub.
Görüş zamanı ənənəvi olaraq çay süfrəsi ətrafında müzakirələr aparılıb, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb.
Davamında şokolad həvəskarları üçün özünəməxsus ləzzət təcrübələri yaradan bir restoran kimi fəaliyyət göstərən, müxtəlif şokoladlı desertlər, isti içkilər və ekskluziv şokolad kompozisiyalarının təqdim olunduğu “Chocoport” restoranı, daha sonra “Soel Parfum”un müxtəlif ətir növləri, ekskluziv parfum seçimləri və müştərilərə fərdi zövqə uyğun təqdim etdiyi xidmətləri ilə tanışlıq olub.
“Soel Parfum”un satış müdiri və parfum eksperti İbrahim bəy kiçik bir master klassla iştirakçıları ətirlərin hazırlanması qaydası ilə tanış edib.
Qeyd edək ki, “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə keçirilir.
Layihənin baş sponsoru “Esen Tekstil”, sponsoru “Nur Collection”, tərəfdaşı “Soel Parfum” media tərəfdaşı isə “Sharaf Media”dır.
