Mayın 1-i Marsol Group partnyorları “Elizeh Collection” şirkətində ofis ziyarəti çərçivəsində bir araya gəlib.
Görüş zamanı şirkətin təsisçisi Sahib Cabbarov iştirakçılara “Elizeh Collection”un karniz, pərdə və jalüz məhsullarının idxalı haqqında məlumat verib, partnyorlarımız həmin sahədə olan təcrübələrini bölüşüblər.
Sonda şourumda şirkətin məhsulları ilə tanışlıq olub.
Nəzərinizə çatdıraq ki, “Elizeh Collection” 2004-cü ildə pərdə və üzlük parçalarının idxalı sahəsində fəaliyyətə başlamış, bir neçə illik təcrübədən istifadə edərək məhsullarının çeşidini və keyfiyyətini davamlı olaraq artırmışdır.
İştirak edən şirkətlər:
Azali
Altent.az
Almond cake
Connectronic
Başkent
Zəhra Klinik
As Glass
Growth Guide
Jet Cinema
Arzu Design
Supurge.az
MRT Karniz