Ofis Ziyarəti “Eduland Daimi İnkişaf Mərkəzi” – 04.05.2024

Regionlarda fəaliyyətlərimiz davam edir.

Partnyorlarımızla növbəti ofis ziyarətimiz 4 may tarixində Lənkəran şəhərində fəaliyyət göstərən “Eduland Daimi İnkişaf Mərkəzi”ndə baş tutdu.

Səmərəli görüş zamanı, partnyorlarımız məqsədəuyğun olaraq B2B müzakirələr apardılar. Daha sonra tədris mərkəzinin fəaliyyətlərinin gerçəkləşdirildiyi zal və otaqlarla əyani şəkildə tanış olduq.

“Eduland Daimi İnkişaf Mərkəzi”nin rəhbəri Abutalıb Kamalovun həmçinin rəhbərlik etdiyi “Paus Coffee & Tea House”da da qonaq olduq.

Dövlət qurumlarından iştirak edən qonaqlarımız və partnyorlarımızla birlikdə davam edən görüşdə maraqlı müzakirələr apardıq. Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının tərəf və tərəfdaşlar üzrə şöbə müdiri Nahid Nağdıyev və KOBİA-nın Lənkəran regional koordinatorluğu Astara KOB Dostu – Seymur Murtuzayevlə partnyorlar arasında kadr çatışmazlıqlarının aradan qalxması mövzusunda müzakirələrə vasitəçi olduq.

Qeyd edək ki, Marsol Region partnyoru olan Eduland Daimi İnkişaf Mərkəzi özündə İngilis dili, rus dili, məktəbəqədər təhsil, magistr hazırlığı, riyaziyyat hazırlığı, MİQ və Sertifikasiya, SAT, İELTS tədrisini birləşdirir.

İştirak edən dövlət qurumları nümayəndələri və partnyorlarımıza təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

This will close in 0 seconds