Ofis Ziyarəti “Doğtaş” – 29.11.2024

29 noyabr tarixində 2008-ci ildən etibarən Azərbaycanda istehlakçılara xidmət göstərən, məhsul qruplarına yataq otağı, yemək otağı, divan dəstləri, çarpayı, mətbəx mebeli, mətbəx stol-stulları və aksesuarları daxil olan “DOĞTAŞ” şirkətində partnyorlarımızla bir araya gəldik.

Görüşdə şirkətin rəhbəri Yusuf Kartal “DOĞTAŞ”ın məhsulları haqqında məlumat verdi və şourumda sahibkarları məhsullarla əyani şəkildə tanış etdi. Bununla yanaşı, sahibkarlar mebel sektoru ilə əməkdaşlıq təcrübələrini bölüşərək müzakirələr apardılar.

Görüşün sonunda iştirakçılar, “DOĞTAŞ”ın məhsullarını daha yaxşı tanımaq imkanı əldə etdilər.

Yusuf Kartal, mebel sektorunda geniş təcrübəyə malik olmaqla yanaşı, “Kelebek”, “Lova”, “Konfor”, “Çetmen”, “BRN Yatak”, – “Elve Luxury Mebel” kimi bir çox mebel şirkətlərinə də rəhbərlik edir.

İştirak edən şirkətlər:

Capital Construction
Constra
Sarı Makina
Net Electric
Proglass
Thermoplast
Muradlı-M
Soprano Technologies
De Promo
Qaya Nəqliyyat
Vebonly Digital

This will close in 0 seconds