Yanvarın 21-i, günün növbəti görüşü ofis ziyarəti çərçivəsində “Dinçer və Carçıoğlu” BM-də baş tutub.
Ənənəvi olaraq iştirakçılar öz fəaliyyətləri ilə bağlı maraqlı təqdimatlar edib, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb.
Daha sonra qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan şirkətin biznes inkişaf direktoru Rövşən Məsumov “Dinçer və Carçıoğlu” BM-ə məxsus dünyaca məşhur brendlərin əsası süd, süd məhsulları olmaqla digər qida məhsullarının həm tanıtımını həm də satışını həyata keçirən “Delicates” markası, həmçinin “Kastamonu”, “Hettich” brendləri haqqında məlumat verib, qısa zaman ərzində müştəri və partnyorlarının rəğbətini qazanması ilə bağlı təcrübələrini bölüşüb.
Daha sonra Rövşən bəy bizləri şouruma dəvət edərək keyfiyyətli qida və qeyri qida məhsulları ilə yaxından tanış edib.