Mayın 31-i növbəti ofis ziyarətimiz “Dekoriza” şirkətində baş tutub.
Görüş çərçivəsində hər bir partnyorumuz ənənəvi olaraq şirkətini tanıdıb, öz sahələri üzrə təcrübələrini bölüşüblər.
Dekoriza şirkətinin təqdimatı zamanı isə şirkətin rəhbəri Aqil Mollazadə məhsulları tanıdıb, şirkətin əsas hədəfləri və fəaliyyətləri haqqında məlumat verib. Sahibkarlarımız rəngarəng dizayn olunmuş divar kağızı, dartma tavan, döşəmə örtükləri, tablo, dekorativ xalça, epoksi masa və digər məhsullarla əyani şəkildə tanış olublar.
İştirak edən şirkətlər:
Emobile
Newtech
Parket Home
Capital Construction
Sleep and Bed
Mega Stroy
Lux Concept
Dekoriza