Ofis Ziyarəti “Concrete Bureau” – 25.07.2024

İyulun 25-i Marsol Group partnyorlarının növbəti “Ofis Ziyarəti” inşaat sahəsində fəaliyyət göstərən “Concrete Bureau” şirkətində baş tutub. Görüş çərçivəsində partnyorlarımız ənənəvi olaraq fəaliyətləri haqqında məlumat verib, öz sahələri üzrə təcrübələrini bölüşüblər.

Daha sonra şirkətin təsisçisi və direktoru Bəxtiyar Əhmədov tərəfindən çay süfrəsi ətrafında qonaqlara “Concrete Bureau”nun fəaliyyət istiqamətləri və layihələri barədə məlumat verilib. Təqdimat zamanı şirkətin həyata keçirdiyi dövlət əhəmiyyətli, korporativ və fərdi yüksək perspektivli layihələr diqqətə çatdırılıb.

Nəzərinizə çatdıraq ki, “Concrete Bureau” hazırda mühəndislik, memarlıq, inşaat , təmir – tikinti, interyer – dizayn və eksteryer – landşaft işlərini yüksək peşəkarlıqla reallaşdırır. Şirkət paytaxtla yanaşı Azərbaycanın müxtəlif bölgələrində də, beynəlxaq sferada reallığını tapmış yüzlərlə irili-xırdalı layihənin müəllifidir.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunub.

iştirak edən şirkətlər:

Ailas Group
Orvita
Rota Steel
Gens Elektrik
Flame Tours
Fire Universal Group
Mobil Group
GV Estetik
Concrete Bureau

This will close in 0 seconds