Ofis ziyarəti çərçivəsində yanvarın 14-ü Marsol Group partnyorları ilə “Coffeemania” restoranlar şəbəkəsinə məxsus, Coffee Shop konseptində fəaliyyət göstərən “Coffeemania Next”i ziyarət etdik.
Görüş zamanı “Coffeemania” restoranlar şəbəkəsinin həmtəsisçiləri Namiq Hüseynzadə, Rəşad Qədirov və Eyüp Öztürk fəaliyyətləri haqqında məlumat verdi, inkişaf mərhələləri, hazırkı filialları və gələcək planları haqqında məlumatlandıq. Həmçinin, iştirakçılarla Marsol Group-un gələcək fəaliyyətləri haqqında müzakirələr aparıldı.
İştirak edən şirkətlər:
Soprano Technologies
Crea
Novator
Asstretch
Car Club
Proglass
Fito Wall
Proav
Azali
One Smart Star
Tonuby
Concrete Bureau