Sentyabrın 18-i növbəti görüşümüz müxtəlif tədbirlərdə furşet təşkili, kofe breyk, korporativ keytrinq, banket təşkili və kokteyl xidməti göstərən “Catering Baku”da baş tutub.
Ofis ziyarəti zamanı sahibkarlarımız bir-birilərilə tanış olub şirkətin fəaliyyətləri haqqında məlumat alıblar. Şirkətin təsisçisi və direktoru Emilya İsmayılova “Catering Baku”nun fəaliyyət istiqamətlərini sahibkarlara tanıdıb, həyata keçirilən layihələr haqqında məlumat verib.
Bu xidmətlərin ərsəyə gəlməsində hansı işlərin görüldüyünü müşahidə etmək imkanımız da olub. Görüşün davamında iştirakçılar yemək və qənnadı məhsullarının hazırlandığı mətbəxlə yaxından tanış olub.