Ofis Ziyarəti “Biselle” – 06.02.2025

6 fevral tarixində ofis ziyarəti çərçivəsində Marsol Group partnyorları “Biselle” şirkətini ziyarət edib.

Görüş zamanı iştirakçılar arasında tanışlıq olub, şirkətin fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, şirkətin təsisçisi və direktoru Babək Qocayev gələcək hədəfləri barədə ətraflı məlumat verib, sahibkarların suallarını cavablandırıb.

Sonda şourumda “Biselle” məhsulları ilə tanışlıq olub.

Qeyd edək ki, şirkətin əsas fəaliyyəti netvörk marketinq vasitəsilə özəl biznes modeli və proqramı əsasında yerli və xarici istehsalçılarla əməkdaşlıq edərək, “Biselle” brendi altında ətriyyat, kosmetika, saça və dəriyə qulluq vasitələri kimi məhsulların satışını təşkil etməkdir.

This will close in 0 seconds