Ofis Ziyarəti “Birgə və Sağlam İ.B” – 17.12.2024

Marsol Group-un sosial tərəfdaşı olan “Birgə və Sağlam” İctimai Birliyinin yeni fəaliyyətə başlamış “Kashalata” kafesində sahibkarlar dekabrın 17-si bir araya gəlib.

Görüşdə iştirakçılar üçün çay süfrəsi təşkil olunub, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova partnyorlarımızı xüsusi qayğıya ehtiyac duyan autizmli uşaqlar və böyüklər üçün təşkil olunan xüsusi təhsil və tədris metodları haqqında məlumatlandırıb. Sonda autizmli gənclərin xidmət göstərdiyi “Kashalata” kafesi ilə yaxından tanışlıq olub.

This will close in 0 seconds