Ofis Ziyarəti – “Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi” – 29.05.2025

Mayın 29-da Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən Marsol Region partnyorlarının iştirakı ilə “Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi”nin Masallı filialı ziyarət olunub.

Görüşdə mərkəzin icraçı direktoru Rövşən Tahir müxtəlif tibbi xidmətlər, bioloji təbabət metodları və ən son tibbi texnologiyalar haqqında iştirakçıları məlumatlandırıb, ekskursiya təşkil olunub.
Daha sonra sahibkarlarla birgə çay süfrəsi ətrafında tanışlıq olub. Dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Masallı KOB Dostu Cavad Əzizov da iştirak edərək sahibkarlarla həmsöhbət olub.

Qeyd edək ki, “Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi” Masallı filialında təcili təxirəsalınmaz tibbi yardım xidməti, cərrahiyyə və reanimasiya mərkəzi, laboratoriya şöbəsi, KT, MRT, Rentgen xidməti, USM müayinəsi, EKQ və EXO kardioqrafiya müayinələri, EEQ və EMQ müayinələri, göz sağlamlığı və cərrahiyyəsi mərkəzi, Endoskopik müayinələr, dayaq hərəkət mərkəzi, stasionar şöbə, duz terapiyası və Naftalan vannaları mövcuddur.

This will close in 0 seconds