28 noyabr tarixində ofis ziyarəti çərçivəsində Bakı-İstanbul Liseyinə ziyarətimiz baş tutub.
Görüş zamanı Marsol Group partnyorları arasında tanışlıq olub, müəssisənin fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, 2018-ci ildən fəaliyyət göstərən liseyin direktoru Səmayə Turabxanlı fəaliyyətləri, təhsil proqramları və gələcək hədəfləri barədə ətraflı məlumat verib, sahibkarların suallarını cavablandırıb.
Daha sonra, iştirakçılar müəssisənin fəaliyyətlərinin gerçəkləşdirildiyi zal və sinif otaqları ilə əyani formada tanış olublar.
Qeyd edək ki, Bakı İstanbul Liseyinin məktəbəqədər erkən inkişaf proqramından liseyə qədər davam edən təhsili 4 dildə (Azərbaycan, türk, rus və ingilis dilləri) həyata keçirilir, ciddi akademik proqramı çərçivəsində müxtəlif idman növlərinin təşkili, incəsənət dərnəklərin fəaliyyəti, klubların aktivliyi, gəzinti və ictimai layihələrin təşkili kimi sinifdən kənar fəaliyyətlər daha da keyfiyyətli şəxslərin yetişməsini hədəfləyir.