Ofis Ziyarəti “Bakı Gənclər Mərkəzi” – 18.02.2025

Fevralın 18-i növbəti ofis ziyarəti çərçivəsində Marsol Group partnyorları “Bakı Gənclər Mərkəzi”ni ziyarət ediblər.

Görüş zamanı müəssisənin direktoru Nərgiz Babayeva iştirakçıları çay süfrəsi ətrafında qonaq edib və “Bakı Gənclər Mərkəzi”nin fəaliyyəti haqqında ətraflı məlumat verib. Həmçinin, ənənəvi olaraq tanışlıq çərçivəsində sahibkarlar öz bizneslərini tanıdıb, gələcək əməkdaşlıq qərarlarını istiqamətləndirəcək fikirlər səsləndirilib.

Sonda, dövlət tədbirləri, qeyri rəsmi görüşlər və başqa layihələrin gerçəkləşdiyi zal və otaqlarla tanışlıq olub, mərkəzin fəaliyyətinin əks olunduğu videoçarx izlənilib.

Nəzərinizə çatdıraq ki, “Bakı Gənclər Mərkəzi” mövcud potensialların üzə çıxarılması üçün təşkil olunan təkmilləşdirmə proqramları ilə gənclərin özlərini rahat hiss etmələri, öyrənməkdən zövq almaları və axtardığı informasiyanı vaxtında tapa bilmələrinə vasitəçi olur.

İştirak edən şirkətlər:

Hazzaz D
HR Engineering
İVY HUB
Hood Academy
Amazon travel
Master cleaning
Sharaf Media
Ağ Atlar Şahmat məktəbi
Maurra group

This will close in 0 seconds