Marsol Group partnyorları oktyabrın 24-ü “AzEstetik Group”un qonağı olub.
Ofis ziyarəti çərçivəsində şirkətləri haqqında məlumat verən sahibkarlar öz biznes təcrübələrini bölüşüb. Həmçinin, stomatoloji və kosmetoloji avadanlıqların satışı ilə məşğul olan “AzEstetik Group”un rəhbəri Fariz Məmmədov şirkət haqqında məlumat verib, müəssisənin şourumunda avadanlıqlarla yaxından tanışlıq olub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı və Xüsusi zonalar üzrə koordinatorluğunun KOB dostu Fariz Bağırov və Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək sahibkarlarla həmsöhbət olublar.
Qeyd edək ki, “AzEstetik Group” 16 ildir estetik, stomatoloji, kosmetoloji cihaz və avadanlıqların satışını həyata keçirir, eyni zamanda bu cihazların tədris və servis xidmətlərini təklif edir.