Ofis Ziyarəti “AZ SHIPPING” – 30.04.2025

Aprelin 30-u Marsol Group partnyorları “Az Shipping” şirkətində ofis ziyarəti çərçivəsində bir araya gəlib.

Görüş zamanı iştirakçılar arasında tanışlıq olub, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb. Həmçinin, şirkətin təsisçisi Rauf Rzayev iştirakçılara “Az Shipping” haqqında məlumat verib. İştirakçılar logistika xərclərinin azaldılması və proseslərin sürətləndirilməsi mövzularında müzakirələr apararaq həmin sahədə olan təcrübələrini bölüşüblər.

Nəzərinizə çatdıraq ki, “Az Shipping” Azərbaycanda fəaliyyət göstərən dinamik bir logistika şirkətidir. Şirkət hava, gəmi və quru nəqliyyatı üçün kompleks həllər təqdim edir. Xidmətlərinə gömrük rəsmiləşdirilməsi, anbar xidməti, qruppaj və tam yüklərin daşınması, konteyner daşımaları və layihə yüklərinin idarə edilməsi daxildir.

Daha sonra iştirakçılar “Elektro Mall” şirkətinin şourumunu ziyarət ediblər. Şirkətin həmtəsisçisi Cavid İsmayılov fəaliyyətləri haqqında məlumat verib, sahibkarlar şirkətin məhsulları ilə yaxından tanış olublar.

Onu da qeyd edək ki, “Elektro Mall” şirkəti yanğından mühafizə məhsulları, hərəkətli pilləkən işıqları və müxtəlif dizaynlı spot lampa və işıqların satışını həyata keçirir.

İştirak edən şirkətlər:

All Oil
Elektro mall
Şərq Motors
Sarp systems
AD Media
Ağ Kənd
NS Studio
Memo Texnology
Meslehetci.az
Tonuby
Az Shipping
Unilift

This will close in 0 seconds