Bugünkü növbəti Ofis Ziyarətimizdə partnyorumuz “Amazon Travel” şirkətinin ofisində qonaq olduq.Ənənəvi olaraq partnyorlarımız bir-birləri ilə tanış olub, şirkətləri haqqında məlumat verdi. Daha sonra “Amazon Travel” şirkətinin təsisçisi Seymur Allahverdiyev fəaliyyətləri və təqdim etdikləri tur paketləri haqqında iştirakçıları məlumatlandırdı. Görüş B2B mühitdə davam etdi, sahibkarlarımız şirkətin fəaliyyətləri haqqında müzakirələr apardılar.Daha sonra, şirkətin ofisində ekskursiya təşkil olunub.Nəzərinizə çatdıraq ki, 2019-cu ildə fəaliyyətə başlayan “Amazon Travel” Azərbaycana gələn turistlər üçün viza dəstəyi, geniş otel seçimi, transfer xidmətləri, ekskursiyalar, fərqli dillərdə danışa bilən bələdçilər, müxtəlif növlü turlar, tədbirlərin təşkilini və s. həyata keçirir.
İştirak edən şirkətlər:
L-Sim
Bestcomb
İnmotion Trading
Envix print
Strix
Tayqatech
Greenmed
Billur MS
MR Group
Profdez
Qolat
Məsləhətçi.az
Əminlər Group
Kapital Bank