Oktyabrın 30-u Marsol Group partnyorları ilə “Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzi”ndə bir araya gəldik.
Görüşdə sağlamlıq sahəsində fikirlərimizə yeni perspektivlər qazandıran təqdimatlar baş tutdu, mərkəzin təsisçisi və rəhbəri ailə, uşaq psixoloqu Vüsalə Əmiraslanova fəaliyyət sahələrini tanıtdı.
Daha sonra iştirakçıların səhiyyə sektoru ilə əməkdaşlıq təcrübələri müzakirə olundu.
Qeyd edək ki, “Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzi”ndə psixoloq, loqoped, duyu bütünləmə, müalicəvi idman, müalicəvi masaj, psixopedaqoq fəaliyyət göstərir. Bundan əlavə, Vüsalə Əmiraslanova şirkətlər üçün “Biznes psixologiyası”, “Timemanagment”, “Lifemanagment”, “Motivasiya”, “Stressmanagment” Müştəri xidmətləri”, “Biznes etiket” təlimləri təşkil edir.
İştirak edən şirkətlər:
Talent Staff and Business Solution
Azela Desing
Globalsoft
Meslehetci.az
Natural Meat
Zamex
Elegant-S
BRT Class
Biselle
BH Media