Ofis ziyarəti çərçivəsində oktyabrın 29-u Marsol Group partnyorları “Kapital Bank”ın Ağ şəhər KOB Mərkəzi filialında qonaq olublar.
Marsol Group-un rəsmi tərəfdaşı olan “Kapital Bank”ın Kiçik və orta sahibkarlara bütün növ bank xidmətləri göstərilən KOB Mərkəzində sahibkarlar arasında tanışlıq olub, yeni əlaqələrin qurulmasına imkan yaranıb. Bununla yanaşı, Ağ şəhər KOB Mərkəzinin rəhbəri Tofiq Mikayılov KOB-lar üçün bank xidmətləri haqqında ətraflı məlumat verib, onların suallarını cavablandırıb.
Qeyd edək ki, “KOB Mərkəzi”ndə KOB-lar üçün bank xidmətləri üzrə məsləhətlər ala, hesablar aça, maliyyələşmə məhsulları sifariş edə, şəxsi menecerlə təmin oluna, həmçinin şirkət rəhbərləri və təsisçilər fiziki şəxslər üçün nəzərdə tutulan məhsul və əməliyyatlardan yararlana bilərlər.