Ölkəmizdə fəaliyyət göstərən ən böyük tekstil fabriklərindən biri, Marsol Group partnyoru “Esen Tekstil” fabrikini ziyarət etdik.
Dekabrın 4-ü Marsol Group partnyorları ilə ofis ziyarəti çərçivəsində sahibkarlar arasında tanışlıqlar oldu, yeni əlaqələrin qurulmasına imkan yarandı. Görüş çərçivəsində həmçinin, şirkətin rəhbəri Rəşid Xəlilov “Esen Tekstil”in fəaliyyət istiqamətləri, müştərilərin müxtəlif ehtiyaclarına cavab verən yüksək keyfiyyətli geyimlər və uniformların istehsal prosesi ilə bağlı məlumat verdi.
Daha sonra iştirakçılarla fabrikin istehsalat sahəsi ziyarət olundu.
2022-ci ildən fəaliyyət göstərən “Esen Tekstil” fabrikində hazırda müxtəlif növ parçalardan oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, klasik, idman geyimləri və s. istehsal edilməkdədir.
İştirak edən şirkətlər:
Moon Group
İtech Group
Madena
Kapital Bank
Veliev
Nur Colllection
Millenium
NS Rattan
Qaya Neqliyyat
Crystall Group
Silo Construction