Ofis və istehsalat ziyarəti “Moon Group” – 10.07.2024

İyulun 10-u 2024-2025-ci il Marsol Group-un sponsoru olan “Moon Group” şirkətini ziyarət etdik. Görüşdə sahibkarlar mətbəə, promo və reklam məhsulları sahəsində ixtisaslaşmış Moon Group şirkəti haqqında ətraflı məlumat əldə etdilər.

Şirkətin təsisçisi və direktoru Ruslan Quliyev sahibkarları Moon Group-un təqdim etdiyi məhsullarla tanış etdi, istehsalat sahəsi ziyarət olunaraq məhsulların istehsal prosesi ilə tanışlıq oldu.

Görüş mətbəə, promo və reklam məhsulları sahəsində sahibkarlara yeni iş imkanları və əməkdaşlıq perspektivləri haqqında məlumatlar təqdim etdi və qarşılıqlı biznes əlaqələrinin inkişafına töhfə verdi.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olundu.