Ofis və istehsalat ziyarəti “Caspian Cable Systems” – 23.10.2024

Ofis və istehsalat ziyarəti çərçivəsində Marsol Group partnyorları oktyabrın 23-ü elektrik, internet və siqnal kabellərinin istehsalını həyata keçirən “Caspian Cable Systems”i ziyarət ediblər.

Görüş zamanı sahibkarlar arasında tanışlıq olub, enerji və inşaat sektoru ilə əməkdaşlıq təcrübələri şərh olunub. Həmçinin, şirkətin direktoru Elnur Bədəlov “Caspian Cable Systems” məhsulları və Almaniya, İtaliya, Türkiyə, Rusiya kimi ölkələrdən xammal təminatı haqqında məlumat verib.

Ardınca 1000-dən çox müxtəlif ölçüdə mis və alüminium olmaq üzrə alçaq gərginlikli kabellərin istehsal olunduğu fabrik ziyarət olunub.

İştirak edən şirkətlər:

Antik Group
Vibrostone
Construction Business Group
MSDİS
BHB
Caspian Cable Systems

This will close in 0 seconds