Ofis-istehsalat ziyarəti “İNCİ GROUP OF COMPANİES” – 20.05.2025

Marsol Group partnyorları bu dəfəki ofis-istehsalat ziyarəti çərçivəsində “İnci Group of Companies”i ziyarət ediblər.

Mayın 20-si baş tutan görüş çərçivəsində iştirakçılar ilk əvvəl istehsalat sahəsini gəzərək şirkətlər qrupuna daxil olan “OYAL”, “ASSİS”, “QUİCKS”, “Cassa”, “SilSil”, “ÖZOKUL” və digər brendlərə məxsus məhsullarla tanış olub, həmçinin “Ofisait” mağazalar şəbəkəsi, “EduGrata” Təhsil Mərkəzi haqqında məlumatlanıblar.

Daha sonra ofisdə çay süfrəsi ətrafında tanışlıq görüşü təşkil olunub. Şirkətin təsisçisi İsrail Yusifov və Korporativ müştərilərlə iş şöbəsinin rəhbəri Etibar Abbasov qonaqlara şirkətin fəaliyyəti və gələcək layihələri barədə geniş məlumat verib, iştirakçılar arasında tanışlıq olub.

This will close in 0 seconds