Ofis-istehsalat ziyarəti “Göksan Kablo” – 01.05.2025

1 may tarixində Marsol Group partnyoru olan “Göksan Kablo” şirkətində ofis-istehsalat ziyarəti baş tutub.

Görüşdə sahibkarlarımız “Göksan Kablo” şirkətini yaxından tanımaq və şirkətin təqdim etdiyi məhsullar və xidmətlər haqqında ətraflı məlumat almaq imkanı əldə ediblər. Şirkətin təsisçisi Pərviz İmanov “Göksan Kablo”nun fəaliyyəti, çılçıraq və aydınlatma məhsulları sahəsindəki təcrübəsi və bazardakı mövqeyi haqqında məlumat verib, sahibkarlar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda şirkətin istehsalat sahəsi ziyarət olunub.

Qeyd edək ki, “Göksan Kablo” alçaq gərginlikli güc kabelləri, əlaqələndirici naqillər, halogensiz quraşdırma naqilləri, rezin izolyasiyalı elastik güc kabelləri və bu kimi məhsulların istehsalı ilə məşğuldur.

İştirak edən şirkətlər:

Saca Group
Evsetra
Azfibernet
Göksan kablo
Fleetstock
Ecolife
N-Advert

This will close in 0 seconds