Fevralın 4-ü Marsol Group partnyorları mərmər və qranit məhsullarının istehsalı ilə məşğul olan “Arsi Group”da qonaq olub.
Görüş zamanı çay süfrəsi ətrafında tanışlıq olub, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb. “Arsi Group”un təsisçisi İbrahim İpək və direktoru Dəniz İpək iştirakçılara həyata keçirdikləri layihələr və şirkətin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
Görüşün davamında sahibkarlar şirkətin istehsal sahəsini gəzərək mərmər və qranit məhsullarının hazırlanma prosesi və istehsal avadanlıqları ilə yaxından tanış olublar.
Qeyd edək ki, Azərbaycanda 2009-cu ildən fəaliyyətə başlayan “Arsi Group” bir çox mühüm layihələr həyata keçirmişdir. “Arsi Group” hər cür mərmər, qranit və təbii daşların hazırlanması üçün avadanlıqlara malikdir.
