Marsol Group-un tərkibində “Moderatorlar Klubu” təsis edilib.
Sentyabrın 20-si Marsol Group fəaliyyətlərində tərəfdaşlar arasında ünsiyyəti və iş birliyini təşviq etmək, yeni biznes əlaqələrinin formalaşmasına dəstək olmaq məqsədi daşıyan “Moderatorlar Klubu”nun üzvləri ilə görüş keçirilib.
Görüşdə, “Moderatorlar Klubu”nun missiyasının uğurla davam etdirilməsi və partnyorlar arasında güclü işgüzar əlaqələrin qurulması istiqamətində müzakirələr aparılıb, üzvlərin təklif və rəyləri dinlənilib.