“Marsol Minifutbol Turniri 2024″ – Kapitanlarla görüş – 11.10.2024

11 oktyabr tarixində “Marsol Minifutbol Turniri 2024″ün iştirakçısı olan komanda kapitanları ilə görüş keçirilib. Turnirdə qarşı-qarşıya gələcək komandalar arasında yaxından tanışlıq olub.

Turnirin təşkilatçısı QOLAT Sport Services-in təsisçisi Səid Bağırov çıxış edərək iştirakçılara qruplar və tətbiq olunan qaydalar haqqında məlumat verib, komanda kapitanlarının sualları cavablandırılıb.

Sonda “Marsol Minifutbol Turniri 2024″ün iştirakçılarına komandalar üzrə futbol formaları təqdim olunub.

Qeyd edək ki, turnir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) tərəfdaşlığı, “Kirpi Tekstil” şirkətinin tərkibində olan “Djevo” brendinin baş sponsorluğu və “Modern Hospital”ın sponsorluğu ilə keçirilir.

Promo tərəfdaş: Moon Group

This will close in 0 seconds