Yanvarın 8-i təhsil sahəsində fəaliyyət göstərən Marsol Group partnyorları Şimali Kipr Türk Respublikasında yerləşən Doğu Akdeniz Universitetinin (DAÜ) rektoru Hasan Kılıç və universitetin İnstitusional İnkişaf və Beynəlxalq Akademik Əlaqələr Şöbəsinin koordinatoru Cahit Ezel ilə görüş keçiriblər.
Görüşdə tərəflər öz fəaliyyət sahələri barədə məlumat mübadiləsi aparıb, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Həmçinin, təhsil və biznes sahəsində tərəfdaşlıq əlaqələrinin qurulması, tələbələr üçün yeni imkanların yaradılması və beynəlxalq akademik əlaqələrin gücləndirilməsi mövzularına toxunulub.
Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.