“Maliyyə hesabatlarının təhlili və risklərin idarə edilməsi” təlimi yekunlaşıb!
Marsol Academy tərəfindən Marsol Group partnyorları üçün təşkil olunan 12 saatlıq təlimdə iqtisadçı, maliyyə məsələləri üzrə ekspert Elman Sadıqovun təqdim etdiyi məlumatlara əsasən iştirakçılar maliyyə hesabatlarının düzgün təhlili, risklərin effektiv idarəetmə metodları və strateji qərarların qəbulunda maliyyə məlumatlarından səmərəli istifadə yollarını öyrəniblər.
Yekunda bütün iştirakçılara təlimdə fəal iştirak etdiklərinə görə sertifikat təqdim edilib.
Təlimdə iştirak edən hər bir sahibkarın qazandığı biliklərin, gələcəkdə maliyyə sahəsinə və ümumiyyətlə bizneslərinin inkişafına böyük töhfə verəcəyinə inanırıq.
