“Maliyyə hesabatlarının təhlili və risklərin idarə edilməsi” təlimi – 11.01.2024

Yanvarın 11-i Marsol Academy tərəfindən Marsol Group partnyorları üçün təşkil olunan “Maliyyə hesabatlarının təhlili və risklərin idarə edilməsi” təliminin ilk hissəsi uğurla həyata keçirilib.

İqtisadçı və maliyyə məsələləri üzrə ekspert Elman Sadıqov tərəfindən aparılan təlim çərçivəsində sahibkarlar maliyyə hesabatlarının təhlili növləri, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına görə maliyyə hesabatları, biznes analitikasının növləri və bu kimi mövzularla bağlı nəzəri biliklər qazanıblar.

Qeyd edək ki, təlimin növbəti mərhələləri də proqram üzrə həftədə bir dəfə, 2 saat olmaqla davam edəcək və ümumilikdə 6 həftə ərzində iştirakçılarımız dəyərli bilik və bacarıqlara yiyələnəcəklər.

This will close in 0 seconds