“Maliyyə hesabatlarının növləri və təhlili” təlimi yekunlaşıb!


Marsol Academy tərəfindən Marsol Group partnyorları üçün təşkil olunan 12 saatlıq təlimdə iqtisadçı, maliyyə məsələləri üzrə ekspert Elman Sadıqov iştirakçılara maliyyə hesabatlarının təhlili növləri, spesifik xüsusiyyətləri və təhlil üsulları barədə ətraflı məlumatlar verib. Təlim zamanı iştirakçılar maliyyə hesabatlarının hər bir maddəsini dərindən təhlil etməyi və onların biznes qərarlarına necə təsir etdiyini öyrəniblər.

Yekunda bütün iştirakçılara təlimdə fəal iştirak etdiklərinə görə sertifikatlar təqdim edilib.

İnanırıq ki, təlimdə əldə olunan biliklər, iştirakçıların maliyyə hesabatlarını daha dəqiq təhlil etmələrinə və ümumilikdə bizneslərinin inkişafına mühüm töhfə verəcək.

This will close in 0 seconds