Aprelin 26-sı Marsol Academy tərəfindən Marsol Group partnyorları üçün “Maliyyə hesabatlarının növləri və təhlili” başlığı altında təşkil olunan təlimin dördüncü hissəsi keçirilib.
Təlimdə İqtisadçı və maliyyə məsələləri üzrə ekspert Elman Sadıqov bu dəfə “Balans hesabatı hər bir maddə üzrə necə təhlil edilir və hansı mesajları verir?” başlığı altında mövzulara toxunub.
Qeyd edək ki, təlim rəhbərlərin strateji baxışlarını gücləndirmək və təşkilati sistemlərin effektivliyini artırmaq məqsədi daşıyır. Təlimin növbəti mərhələlərində iştirakçılar daha praktiki yanaşmalar və inkişaf etmiş strategiyalarla tanış olacaqlar.
