Mayın 10-u Marsol Academy tərəfindən Marsol Group partnyorları üçün “Maliyyə hesabatlarının növləri və təhlili” başlığı altında təşkil olunan təlimin sonuncu hissəsi keçirilib.
Təlimdə İqtisadçı və maliyyə məsələləri üzrə ekspert Elman Sadıqov bu dəfə “Kapitalın hərəkət hesabatının hər bir maddə üzrə təhlili və kapitallaşma metodları” haqqında məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Təlimdə iştirak edən hər bir sahibkarın qazandığı biliklərin, gələcəkdə maliyyə sahəsinə və ümumiyyətlə bizneslərinin inkişafına böyük töhfə verəcəyinə inanırıq.
