Maliyyə hesabatlarının növləri və təhlili – 05.04.2025

5 aprel tarixində Marsol Academy tərəfindən Marsol Group partnyorları üçün təşkil olunan “Maliyyə hesabatlarının növləri və təhlili” təliminin ilk hissəsi keçirilib.
İqtisadçı və maliyyə məsələləri üzrə ekspert Elman Sadıqov tərəfindən aparılan təlimdə maliyyə göstəricilərinin düzgün təhlil edilməsi, risklərin təsir dərəcəsi və ehtimalının qiymətləndirilməsi mövzuları müzakirə olunub.
Qeyd edək ki, “Maliyyə hesabatlarının növləri və təhlili” təlimi 6 həftə ərzində hər həftə 2 saat şəklində davam edəcək.

This will close in 0 seconds