“Loqos” Psixoloji və Nitq Mərkəzi

“Loqos” Psixoloji və Nitq Mərkəzi 2014-cü ildən etibarən əhaliyə psixoloji, pedaqoji və loqopedik yöndən xidmət göstərir. Mərkəzin Bakı şəhəri ərazisində Gənclik, Yeni Yasamal, Azadlıq, Xalqlar Dostluğu, Xırdalan filialları, bölgələrdə isə Gəncə, Xaçmaz, Bərdə, Lənkəran və Qazax filiallarında peşəkar, yüksək ixtisaslı mütəxəssislər korreksiyaedici fəaliyyətlə məşğul olur. Yarandığı ilk gündən xalqın rəğbətini qazanmış psixoloji mərkəz, eyni zamanda, psixoloji, loqopedik və pedaqoji təlim-tədris sahəsində də aktiv fəaliyyət göstərir. Mütəmadi olaraq yerli və xarici təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində geniş miqyaslı konfrans və tədbirlər, təlim metodikaları, ali məktəb tələbələri üçün staj proqramları mərkəzin işinin ayrılmaz parçasıdır. Mərkəzin əsas məqsədi ölkə əhalisi arasında psixoloji sağlamlığın təmin edilməsi və psixoloji maariflənmə prosesinin genişləndirilməsi olduğu üçün yaradıldığı ilk illərdən etibarən psixoloji dəstəyə ehtiyac duyan bölgələrə təmənnasız səfərlər edir, peşəkar mütəxəssis heyəti ilə birgə ödənişsiz konsultasiyaları və təlim prosesini həyata keçirir.
Müxtəlif xidmət sahələrini bir ünvanda toplayaraq müraciət edənlər üçün rahat şərait yaradan “Loqos” Psixoloji və Nitq Mərkəzi əhaliyə psixoloq, loqoped, pedaqoq, duyu bütünləmə, refleksologiya, kəkələmə proqramı, müalicəvi idman, müalicəvi masaj, məktəbə hazırlıq, inklüziv təhsil, zəka-inkişaf testləri, Bioakustik korreksiya, Neurofeedback kimi sahələrdə yüksək keyfiyyətli xidmət təklif edir.
Mərkəz eyni zamanda psixologiya sahəsi üzrə maarifləndirilmə işinin aparılması istiqamətində mütəxəssislər və valideynlər üçün müstəsna rol oynayan jurnal, kitab, çap materialları, müvafiq təlim-tədris ləvazimatlarının çapı və satışının təşkili ilə də məşğul olur.
“Loqos” beynəlxalq əməkdaşlığa böyük önəm verir və bu istiqamətdə ardıcıl iş aparır. Mərkəzə psixologiya sahəsində zəngin tarixə malik olan Türkiyə Cümhuriyyətindən və Rusiya Federasiyasından dünyada tanınan peşəkar mütəxəssislər dəvət olunur və ən aktual psixoloji mövzularda verilən təlimlərdən təkcə “Loqos”un əməkdaşları deyil, respublikanın xəstəxanalarında çalışan həkimlər, universitet və orta məktəb müəllimləri, psixoloqlar faydalanırlar.

Mərkəz Dünya Pozitiv Psixoterapiya Assosiasiyası, Beynəlxalq Fundamental Təhsil Universiteti, V.M.Bexterev adına Sankt-Peterburq Milli–Tibbi Neyropsixoloji Psixiatriya Elmi-Tədqiqat Mərkəzi, Sankt-Peterburq Perinatal Psixologiya və Resurs Psixoterapiyası İnstitutu, Beynəlxalq Ailə Akademiyası, Moskva Təhsil İşçilərinin Təkmilləşdirilməsi və Yenidən Hazırlanması Akademiyası, Lomonosov adına MQU-nun “Nasionalnıy psixologiçeskiy jurnal” redaksiyası, Moskvada nəşr olunan “Şkolnıy psixoloq” qəzeti redaksiyası ilə əməkdaşlıq edir.

Maarifçilik ənənələrinə sadiq qalan “Loqos” xeyriyyəçilik missiyasını da unutmur. Mərkəzin bütün filiallarında davamlı olaraq maddi imkanı məhdud ailələrin uşaqları üçün ödənişsiz diaqnostikalar təşkil edilir, bölgələrdə yaş məhdudiyyəti qoyulmadan psixoloji dəstəyə ehtiyacı olanlar üçün ödənişsiz aksiyalar keçirilir. Şəmkir, Qazax, Tovuz, Akstafa, Şəki, Qəbələ, Xaçmaz, Lənkəran, Zərdab, Bərdə, Ağdam, Neftçala və digər rayonlarda təşkil olunan ödənişsiz konsultasiyalardan yüzlərlə insan faydalanıb. Məktəb psixoloqları, səhiyyə və təhsil işçiləri üçün aktual psixoloji mövzularda seminar və konfranslar keçirilib.

Yaş məhdudiyyəti olmadan özünüz və yaxınlarınız üçün rahatlıqla müraciət edə biləcəyiniz ən güvənilir ünvan “Loqos” Psixoloji və Nitq Mərkəzi hər zaman sağlamlığınızın keşiyindədir.

Ünvan: Bakı şəh., Binəqədi r-n, M.Ə.Rəsulzadə küç., 195B
Şəhər telefonu: +994125635708
Mobil telefon: +994508994648
Web: loqos.az
Email: [email protected]
Instagram: loqos.az
Facebook: Loqos Psixoloji və Nitq Mərkəzi