“MARSOL Business Club”da “Korporativ idarəetmə” təlimi
29 sentyabr tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, İqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevin “Korporativ idarəetmə” mövzusunda təlimi baş tutdu. Əvvəlcə təlimdə iştirak edən partnyorlarımız arasında tanışlıq oldu və “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş şirkətlərarası “Marsol Zəfər” kuboku intellektual yarışmasının təqdimatı edildi. Sonra təlim müddətində Ruslan bəy partnyorlarımızı məlumatlandırdı və faydalı tövsiyələr verdi. Ən sonda isə “Qolat” şirkətinin rəhbəri Səid Bağırov 8 noyabr tarixində start veriləcək “MARSOL Mini Futbol Turniri 2022 “ZƏFƏR” Kuboku” çempionatının təqdimatını etdi.
“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
İştirak edən şirkətlər:
Lucky Office Support
Qolat
BSC
Təndir-Məndir
NANO
Baku Spirits