KOBİA Azərbaycan

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkədə mikro, kiçik və orta biznesin inkişafına dəstək göstərmək, iqtisadiyyatın inkişafında KOB-ların rolunu artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə təsis edilmiş publik-hüquqi şəxsdir. KOBİA biznes mühitinin yaxşılaşdırılmasında iştirak, biznesə dövlət xidmətlərinin təkmilləşdirilməsi və KOB maraqlarının müdafiəsi, KOB-ların bilik və innovasiyalara, satış bazarlarına və maliyyə resurslarına çıxışının yaxşılaşdırılması kimi istiqamətlərdə sahibkarlara informasiya, məsləhət, təlim-tədris, əlaqələndirmə və s. dəstək və xidmətlər göstərir. Agentlik mikro, kiçik vә orta biznesin yaradılmasından başlayaraq, sahibkarlıq fәaliyyәtinin genişlәndirilmәsinə qәdәr olan bütün mәrhәlәlәrdә dövlət dəstəyi mexanizmləri və Agentliyin göstərdiyi xidmətlər çərçivəsində KOB-lara dəstək olur, bu sahədə dövlət qurumları ilə sahibkarlar arasında körpü rolunu oynayır.

Ünvan:Bakı şəhəri Atatürk prospekti 134

Telefon: +994 12 404 04 01

web: www.smb.gov.az

e-mail : [email protected]

Facebook : www.smb.gov.az

İnstagram: www.smb.gov.az

Rəy bildirin