KOB Dostları ilə onlayn görüş – 15.05.2025

Mayın 15-də Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən KOB Dostları ilə 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” haqqında məlumatlandırma məqsədli onlayn görüş baş tutub.

Qeyd edək ki, 18-21 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsullarını təqdim edəcək.

This will close in 0 seconds