Kapital bazarının inkişafı: mövcud imkanlar və perspektivlər – 10.02.2025

Fevralın 10-u Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə “Bakı KOB Evi”ndə “Kapital bazarının inkişafı: mövcud imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirə baş tutub.

KOBİA, Bakı Fond Birjası (BFB) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə baş tutan ictimai müzakirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, kapital bazarının iştirakçıları, həmçinin Marsol Group partnyorları iştirak edib.

Tədbirdə kapital bazarının, alternativ maliyyə mənbələrinə çıxış əldə etməyin əhəmiyyətləri vurğulanıb, qiymətli kağızlar bazarı sahəsində mövcud vəziyyət və çətinliklər, qarşıda duran hədəflər və KOB subyektləri üçün imkanlar müzakirə olunub.

This will close in 0 seconds