İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi “Publik Hüquqi Şəxs” peşə təhsili sahəsində fəaliyyət göstərən mühüm təhsil müəssisələrindən biridir. Mərkəz regionda tələbələrin müasir tələblərə cavab verən peşə bilik və bacarıqlarını inkişaf etdirmək, onları əmək bazarına hazırlamaq məqsədi ilə fəaliyyət göstərir.
Mərkəzdə Dərzi, Xalçaçı, geyim üzrə dizayner, elektrik qaz qaynaqçısı, avtomobil diaqnostikası və təmiri ustası, kompüter şəbəkələri, mühasibat uçotu, veb dizayner və proqram təminatı, aşpazlıq, turizm sahəsində iaşə xidmətləri, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, kargüzarlıq və dayəlik kimi müxtəlif ixtisaslar üzrə tədris aparılır. Təhsil mərkəzi müasir avadanlıqlarla təmin olunmuş tədris emalatxanalarına və laboratoriyalara sahibdir.
Mərkəzin əsas məqsədi iqtisadiyyatın müxtəlif sahələri üçün peşəkar və səriştəli kadrlar hazırlamaq, tələbələrə nəzəri biliklərlə yanaşı praktiki bacarıqlar qazandırmaqdır. Burada əyani və dual təhsil sistemlərindən istifadə olunur ki, bu da tələbələrin həm təhsil almasını, həm də istehsalat təcrübəsi keçməsini təmin edir.
İDPTM peşə təhsilinin keyfiyyətini artırmaq üçün innovativ yanaşmalar tətbiq edir, startap layihələrini dəstəkləyir və əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığını həyata keçirir.
Ünvan: Əbdülhəsən Ələkbərzadə küç 34, İsmayıllı 3100
Telefon: 0202823089
Mobil: 0553384466
e-mail: [email protected]
Facebook: https://www.facebook.com/IsmayilliDPTM
İnstagram: Instagram