İşgüzar Səhər Yeməyi “Zəncəfil” – 08.04.2025

Aprelin 8-i Marsol Group partnyorları “Zəncəfil” restoranında təşkil olunan “İşgüzar Səhər Yeməyi”ndə bir araya gəlib.
30-dan çox sahibkar arasında ənənəvi olaraq maraqlı təqdimatlar aparılıb, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb. Bununla yanaşı, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək planları ilə bağlı təqdimatlar baş tutub.
Görüşdə Azərbaycan Dövlət Reklam Agentliyinin media və kommunikasiya şöbəsinin rəhbəri İmmiyə Zamanova da iştirak edərək Agentliyin fəaliyyət istiqamətləri haqqında sahibkarları məlumatlandırıb.
Həmçinin, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim edilib.
Sonda, bir neçə partnyorumuzun xidmətlərini təqdim etdiyi “City Park Mall”da “Saat Store” və “Aqat Silver” şirkətinin şourumları ziyarət olunub.

This will close in 0 seconds