Marsol Region partnyorları mayın 8-i “Şəki Park”da “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəlib.
Bakı, Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların da iştirak etdiyi görüş qarşılıqlı əlaqələrin yaradılması və regional biznes mühitinin gücləndirilməsi baxımından məhsuldar keçib.
Görüşdə “Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində bölgələrdə davam edən fəaliyyətlər, eləcə də Bakı Ekspo Mərkəzində baş tutacaq 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla digər fəaliyyətlərlə bağlı məlumat verilib.
Dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının müdir müavini Təhsin Hüseynov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Şəki KOB Dostu Elburus İskəndərov da iştirak edərək sahibkarlarla həmsöhbət olub, onların suallarını cavablandırıb.
