İşgüzar Səhər Yeməyi “Şəki” – 08.06.2025

Marsol Region partnyorları Şəki şəhərində fəaliyyət göstərən “Bio Garden” aqroekoturizm məkanında “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəlib.

İyunun 8-i baş tutan görüşdə ilk olaraq “Bio Garden”in rəhbəri Etibar Nuriyev Şəki şəhərində davamlı kənd təsərrüfatının və turizmin inkişafına töhfə verən məkanın fəaliyyətləri ilə partnyorları tanış edib. Daha sonra iştirakçılar arasında əməkdaşlıq imkanlarına yönəlmiş müzakirələr aparılıb, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək fəaliyyətləri haqqında məlumat verilib.

Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Şəki KOB Dostu Elbrus İskəndərov da iştirak edərək KOB-ların inkişafı üçün mövcud layihələr və təşəbbüslər haqqında məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

This will close in 0 seconds