Marsol Region partnyorları sentyabrın 7-si “Şəki Park”da “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəlib.
Görüşdə “Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində bölgələrdə davam edən fəaliyyətlərimiz, eləcə də Bakı Ekspo Mərkəzində baş tutacaq 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” və “Marsol Plus” mobil tətbiqi başda olmaqla digər fəaliyyətlərlə bağlı təqdimat olub.
Dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının müdir müavini Təhsin Hüseynov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Şəki KOB Dostu Elburus İskəndərov da iştirak edərək sahibkarlarla həmsöhbət olub, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb.
Bununla yanaşı, Marsol Group partnyoru “Sofistico” şirkətinin həmtəsisçisi və icraçı direktoru Şamxal Kərimovun “Sahibkarların vergi mövzusunda diqqət yetirməli olduğu xüsusi nüanslar” başlığı altında maarifləndirici seminarı da baş tutub.
Sonda, 2024-2025-ci il üzrə Marsol Region partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim olunub.