Avqustun 7-si Marsol Region partnyorları “Şəki Park”da “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəlib. Fərqli sektorlarda fəaliyyət göstərən sahibkarlarla birgə B2B müzakirələrimiz baş tutub.
Görüşdə “Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində bölgələrdə davam edən fəaliyyətlərimiz, eləcə də Marsol Group-un gələcək üçün nəzərdə tutulan fəaliyyətləri haqqında məlumat verilib.
İqtisadiyyat Nazirliyinin Şəki-Zaqatala Regional bölməsinin rəhbəri Qalib Məsimov və Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının müdir müavini Təhsin Hüseynov da görüşdə iştirak edərək sahibkarlarla həmsöhbət olub, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlıq haqqında müzakirələr aparılıb.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!